Protezlərə düzgün qulluq və onlardan istifadə qaydaları
Bu dəfə bloqumuzda protezlərə qulluqdan, onların düzgün istifadə qaydasından və protezlərin boşalması zamanı nə etməli olduğumuzdan danışacağıq.
Əvvəlcə bütün suallara cavab verməmişdən öncə protezin və diş-çənə sisteminin quruluşunu sadə şəkildə də olsa öyrənməliyik.
Bildiyimiz kimi protezlər tam dişsiz çənəyə və ya qismən dişləri olmayan çənəyə hazırlanır. Bu zaman pasiyentin ağzından xüsusi ölçülər alınır və mərhələli şəkildə protezlər hər pasiyentə individual olaraq laboratoriyada düzəldilir. Protezlər bir qayda olaraq ya tamamilə plastmasdan olur, ya da içərisi metal karkas, yalnız üst görünən və damağa söykənən hissəsi plastmas olur. Məncə bura qədər hər şey aydındır.
İndi isə keçək diş – çənə sisteminə . Çənə sümüyü ağzın içinə baxdıqda hər tərəfdən çəhrayı diş əti və selikli qişa ilə örtülüb. El arasında bunların hamısına damaq deyirlər, əslində isə damaq yuxarı çənənin tavan hissəsinə deyilir. Dişlər olduğu müddətdə həmin diş əti dişin boyun hissəsinə qədər dişi də örtür, amma dişlər çəkildikdən sonra yalnız çənə sümüyünü əhatə edir. Həmin yerə protez yatağı deyilir, çünki dişlər olmayan yerdə çənənin boş hissəsini protez doldurur. Fikrimcə burda da qeyri – adi çətin bir şey yoxdu.
İndi keçirik işin məğzinə. Yuxarıda deyilənlərdən belə nəticə çıxır : protez sərt materialdandır, damaq isə yumuşaq . Və protezi taxanda diş əti 2 sərt təbəqənin arasında sıxılır – bir tərəfdən protez, digər tərəfdən çənə sümüyü.
Elə ona görə də protezi təzə-təzə istifadə edən vaxtlarda əksərən damaqda döyənəklər yaranır. Onların bir qismi damaq yeni yüklənmə növünə öyrəşəndən sonra öz-özünə keçir, bir qismi də protez korreksiya olunandan sonra.
Protezdən istifadə
Diş protezləri düzgün istifadə olunduqda və ona yaxşı qulluq etdikdə illərlə sahibinin həyat keyfiyyətini artırır. Çox təəssüf ki, bir çox hallarda pasiyentlər protezlərdən necə düzgün istifadə etməli olduqlarını, onlara necə qulluq etmək qaydalarını bilmirlər. Aşağıda protezdən istifadənin bir neçə vacib qaydasını qeyd edirəm.
Sonda ümumi olaraq bir daha qeyd edim ki, həm öz dişləriniz, həm də diş protezləriniz daimi qulluq tələb edir. Düzgün baxım olduqda dişlərinizin də, protezlərinizin də ömrü uzanır. Və ən əsası siz sağlam və gözəl təbəssümə sahib olursunuz.