Diş müalicəsi

Karies – bəşəriyyətin ən çox yayılmış xəstəliyi. Hər kəsin həyatı boyunca heç olmasa bir dişində karies əmələ gəlir.

Diş müalicəsi

Təmiz diş

Karies – bəşəriyyətin ən çox yayılmış xəstəliyi. Hər kəsin həyatı boyunca heç olmasa bir dişində karies əmələ gəlir. Qədim zamanlarda insanların həyat tərzi və qidalanması daha sağlam olduğundan, karies daha az yayılıb, hərçənd bu barədə indiki kimi dəqiq statistika aparılmayıb. Müasir dövrdə isə insanların daha çox şəhərlərdə yaşaması, qidalanmanın keyfiyyətsiz olması səbəbindən karies bir növ ümumbəşər problemə çevrilib. Bu yazıda sizə karies və onun müalicə üsulları barəsində ətraflı məlumat verməyə çalışacağıq.


Karies nədir ?

Karies diş çürüməsinin elmi adıdır. Karies belə yaranır : dişin səthindəki bakteriyalar qəbul etdiyiniz qidanın tərkibindəki şəkəri həzm edir, əvəzində turşu ifraz edir. Həmin turşu dişin mina qatındakı mineralları əridir. Əvvəlcə karies mərməri ağ rəngdə ləkə kimi görünür. Müalicə olunmadıqda çürümə prosesi dərinə gedir və diş deşilir. Karies dişin içərisinə sirayət etdisə, artıq onun qarşısını almaq mümkün deyil. Dişin içini “yeyən” karies haçansa dişin sinirinə çatır və ağrıya səbəb olur. Əgər karies çox dərinə getməyibsə, diş həkimi  dişin çürümüş hissələrini bormaşın ilə təmizləyir, yerini plomb ilə doldurur. Əgər proses artıq dişin sinirini də zədələyibsə, diş irinli vəziyyətdədirsə, onda dişdə kök kanalı müalicəsi aparılmalıdır. 


Kanal müalicəsi nədir ?

Dişi uzununa kəssək, onun içində bir boşluğun olduğunu görərik. Bu boşluq dişi qidalandıran və onun hissiyyatını təmin edən sinir-damar dəstəsinin yeridir.  Dişin tac hissəsində kamera şəklində olan boşluq kök hissədə kanal formasındadır. Stomatologiyada kanal müalicəsi dedikdə həmin kök kanalının içində yerləşən sinir-damar dəstəsini götürməklə aparılan müalicə üsulu nəzərdə tutulur. Daha çox dişin “nervisini” çıxartmaq kimi tanınır. 

Kanal müalicəsi o zaman aparılır ki, artıq karies dişin sinirinə qədər gedib çatıb və sadəcə çürüyü təmizləyib üzərini plombla örtmək yetərli deyil. Bu zaman xüsusi alətlər və maddələrlə dişin kök kanalları həm kimyəvi, həm də mexaniki olaraq təmizlənir, sonda kanal üçün nəzərdə tutulan plomblarla doldurulur. Kanal müalicəsi olunmuş dişlər həm çox zəiflədiyindən, həm də artıq damarla qidalana bilmədiyindən çox kövrək olur. Belə dişlərinizin uzun müddət sizə xidmət etmələrini istəyirsinizsə, mütləq onları qapaqlarla örtün.

 

Çürük dişləri necə bərpa etmək olar ?

Çürümüş, dağılmış dişlərin estetik görünüş və funksiyasını bərpa etməyin 4 üsulu var : plomb, taxma, vinir və qapaqlar vasitəsilə.

Plomb -   dişlərin çürük hissələrini təmizlədikdən sonra yaranan boşluğu doldurmaq üçün xüsusi materialdır. Plomblar bu günki halına gəlib çatana qədər uzun tarixi inkişaf yolu keçib. Hazırda stomatologiyada daha çox diş rəngli kompozit plomblardan istifadə olunur. 

Kompozit plomb diş rəngindədir, daha az invaziv və estetikdir. Kompozit plomb sizin üçün uyğun variantdır, əgər siz




Taxma – həmçinin ingilis sözləri olan inlay və onlay kimi də adlanır. Taxmalar arxa dişlər üçün kompozit, keramika və ya qızıldan hazırlanan individual “plomblar”dır. Adi plomblardan fərqli olaraq taxmalar birbaşa ağızda deyil, laboratoriyada hazırlanır. Bunun üçün diş öncədən xüsusi formada yonularaq ölçü götürülür. Taxmalar ya dişin yalnız boşluğuna taxılır ( inlay ) , ya da onun çeynəmə səthini bütövlükdə örtür ( onlay ).  


Taxmalar böyük ölçülü defektləri qapamaq üçün uzunömürlü müalicə variantıdır və sizin üçün ən yaxşı seçimdir, əgər siz



Vinir – ön dişlərin yalnız ön hissəsinə “yapışdırılan” nazik lövhəcikdir. Keramikadan və ya kompozitdən hazırlanır.  Keramik vinirlər yalnız laboratoriyada hazırlanır, vəziyyətdən asılı olaraq dişlər yonula da bilər, yonulmaya da. Kompozit vinirlər ya birbaşa pasiyentin ağzında kompozit materiallardan “yığılır”, ya da öncədən alınan ölçü üzərində hazırlandıqdan sonra ağızda dişə yapışdırılır. Ümumilikdə vinirlər üçün dişlər ya heç yonulmur, ya da çox cüzi yonulur. 

Vinirlər ön dişlərin müalicəsində istifadə olunan möhtəşəm vasitədir. Keramik vinirlər kompozit plomblardan xeyli baha olsalar da, sizin üçün ən yaxşı seçimdir, əgər siz




Qapaq – yonulmuş dişin üzərinə hazırlanan xüsusi konstruksiyadır. Keramik vinirlər kimi qapaqlar da ölçü əsasında laboratoriyada hazırlanır. Digər üsullardan fərqli olaraq dişin daha çox yonulmasını tələb etsə də bəzən dişi xilas etməyin yeganə variantıdır. Qapaqlar sizin üçün ən uyğun seçimdir, əgər siz

Heç nə əbədi deyil !

Eləcə də dişinizdəki plomblar, qapaqlar. Stomatoloji materiallar qırıla və gündəlik istifadə nəticəsində sadəcə sıradan çıxa bilər. Bəzi insanlar dişlərini qıcayır, bəziləri dişlərini yaxşı fırçalamır. Hətta normal çeynəmə zamanı da dişlər, onların üzərindəki plomblar sürtülür. Həmçinin ağız suyu və digər mayelərlə kontakt nəticəsində zamanla dişinizdəki restavrasiyalar dağılırlar. Əgər dişlərinizdə hansısa restavrasiyalar mövcuddursa, bon-bon, saqqız, konfet və s. tipli şirin-yapışqan məmulatlardan yayının. Əgər dişlərinizi qıcayırsınızsa, diqqətli olun, çünki plomb və ya qapaq üçün ondan betər heç nə yoxdur – qısa müddətdə hamısı qırılıb dağılır. Adətən diş qıcaması gecələr yuxuda ikən baş verir, amma gərginlik səbəbindən gündüzlər də özündən asılı olmadan adam dişlərini sıxa bilir. Diş həkiminiz sizin təbəssümü qorumaq üçün xüsusi qoruyucu kappalar hazırlaya bilər, sadəcə soruşun.