Zirkonium dişlər

Çoxlarının səhvən metalsız keramika kimi təqdim etdiyi zirkonium özü də əslində metaldır

Müasir dövrdə hamı da olmasa çox adam gözəl təbəssümə sahib olmaq istəyir. Xüsusən televiziya proqramlarında, sosial şəbəkələrdə bəmbəyaz dişləri ilə gülümsəyən milyonlarla insanı gördükcə adam lap həvəsə gəlir. Bir zamanlar çox bahalı olduğuna görə demək olar yalnız Hollivud ulduzlarına xas olan gözqamaşdıran bəyaz dişlərə artıq sadə vətəndaşlar da sahib ola bilirlər. Və təbəssümün “bəyazlaşması” prosesində zirkonium oksid əsaslı keramik qapaqların istifadəsi deyərdim ki, inqilabi hadisə oldu. 

Bəs hər gələn pasiyentə ucdantutma “umıvalnik” rəngində qapaqlar düzəltmək nə dərəcədə düzgündür ? Doğurdanmı metal keramik qapaqlar bu qədər pisdir ? Bu haqda və daha ətraflı bu günki bloqumuzda. 

Zirkonium nədir ?

Çoxlarının səhvən  metalsız keramika kimi təqdim etdiyi zirkonium özü də əslində metaldır.  Stomatologiyada zirkonium dioksid şəklində istifadə olunur. Zirkonium dioksidin metal keramikada istifadə olunan metal xəlitədən yaxşı cəhətdən fərqləndirən xüsusiyyətləri :

Yuxarıda sadalanan xüsusiyyətlərinə görə zirkonium dioksid əsaslı keramik restavrasiyalar metal keramik restavrasiyalara nəzərən daha estetik görünüşə malik olurlar. Həmçinin diş ətini qıcıqlandırmadığına görə zirkonium əsaslı keramik qapaqların ətrafında diş əti qızartılı, şişkin və ya göyərmiş olmur. 

Amma zirkoniumun mənfi xüsusiyyətləri də var. İlk növbədə zirkonium şəffaf deyil. Elə bu səbəbdən ön dişlərin bərpasında daha çox alüminium oksid əsaslı keramikadan və ya feldşpatik keramika və presskeramikalardan istifadə olunur. Çünki bu materiallardan olan restavrasiyalar şəffaflığı sayəsində təbii dişin rəngini maksimum dərəcədə təkrarlayır və olduqca yüksək estetik nəticələr əldə olunur. 

Zirkoniumun digər mənfi xüsusiyyəti onun elastiklik modulunun az olmasıdır. Yəni əyilməyə qarşı az davamlıdır. Elə bu səbəbdən uzun aralıq hissəsi olan körpülərdə istifadəsi məhduddur. Yəni yan-yana 4-5 diş çəkilibsə və siz ora çıxmayan bir konstruksiya istəyirsizsə, metal keramika ən uyğun seçimdir. Çünki metal keramikadakı metal elastikdir, yüklənməyə davam gətirir, amma zirkonium çox sərtdir və belə yerdə qırılır.

Bəs metal keramika ?

Azərbaycanda təxminən 2000-ci illərin əvvəllərində sarı rəngli titan/qızıl qapaqların erası bitmək üzərə idi. Həmin dövrdə estetik restavrasiya anlayışı tam formalaşmasa da plastmas qapaqlara ağ rəngdə olduğuna görə pasiyentlər tərəfindən daha çox üstünlük verilirdi. Elə həmin vaxtlarda metal-keramik qapaqlar “bazara daxil oldu”. İlk dövrdə metal keramika plastmasdan bir çox xüsusiyyətinə görə yaxşı mənada seçilirdi :

Dünyanın fərqli yerlərində aparılan araşdırmalarda metal keramik qapaqların 20 il və daha çox ağızda qalması faktları məlumdur. Metal keramika tək qapaqlardan tutmuş böyük implantüstü konstruksiyalara qədər demək olar stomatologiyanın hər yerində istifadə olunur. Metal keramika uzun illərdir hərtərəfli araşdırılıb, bütün mənfi, müsbət cəhətləri bəllidir. 


Bəs necə oldu ki, zirkonium oksid əsaslı keramikalar birdən birə dəbə mindi ? Və hər gələn pasiyentə alternativsiz zirkonium qapaqlar düzəltmək nə dərəcədə düzgündür ? Bu və başqa sualları  bloqumuzun 2-ci hissəsində cavablandırmağa çalışacağıq. Ardı var...